LuxenHouse.az

LuxenHouse.az





Şirkətlər / İstehsalçılar / HAQQ BABA INŞAAT

HAQQ BABA INŞAAT

 

 

 

 

“Haqq Baba İnşaat” MMC 2004-cü ilin Oktyabr ayından tam qüvvə ilə fəaliyyətə başlamışdır.

“Haqq Baba İnşaat” MMC  hər biri saatda 100 m3 hazır beton qarışığı istehsal etmək gücündə, avtomatlaşdırılmış, kompüterləşdirilmiş, son texnologiyaya uyğun olan İtalyan mənşəli Türkiyə (MEKA) istehsalı olan 2 (iki) beton zavoduna malikdir ki, bu da 24 saat (1 sutka) ərzində iki zavodun birlikdə 4800 m3 hazır beton məhsulları istehsal etməsi deməkdir.

Müəsisədə Türkiyə və İtaliya istehsalı olan, bütün standartlara cavab verən avadanlıqlarla təmin olunmuş lobaratoriya fəaliyyət göstərir. Sözügedən Lobaratoriya vasitəsilə xammallar (sement, qum, qırmadaş) və istehsal olunan betonun keyfiyyətinə tam nəzarət edilir. Müəsisədə Türkiyədə uzunmüddət təcrübə keçmiş, yüksək ixtisaslı  Mütəxəssislər çalışır. İstehsal olunan malın keyfiyyətinə tam təminat verilir.

İstehsal olunan Hazır beton məhsullarının İnşaat sahələrinə daşınması və qəliblərə ötürülməsi üçün Müəsisədə 19 ədəd , hər birinin tutumu 7 m3 (ümumu tutumu 133 m3) olan Kamaz Markalı Transmikserlər mövcuddur.

Eyni zamanda “Haqq Baba İnşaat” MMC Sifarişə uyğun olaraq İnşaat Sahələrini istənilən ölçüdə Beton Pompaları – Avto və Stasionar pompalarla təmin etmək iqtidarındadır.

“Haqq Baba İnşaat” MMC Müştərilərin Sifarişinə uyğun olaraq müxtəlif növ hazır beton məhsulları istehsal edir:

C- 7.5- C- 90;

- Sukeçirməyən Beton;

- Özüyerləşən Beton;

Müxtəlif tərkibli Yüngül Betonlar.

 

“Haqq Baba İnşaat” MMC-də isti aylarda hava ilə əlaqədar olaraq, betonun temperaturunun normadan artıq olmaması üçün Xüsusi Soyuq Su Buz Santralı quraşdırılmışdır.

Müəsisəmizdə iş rejimi növbəli olduğundan zavodlarımız daimi olaraq (gecə-  gündüz, şənbə və bazar günləri də daxil olmaqla) fəaliyyət göstərir. Açıq anbarlarımızda hər zaman 10 000 m3 (on min) beton istehsal etmək üçün material ehtiyyatlarımız vardır. Müəsisənin Sement ehtiyyatı isə 1 200 ton (min iki yüz) təşkil edir.

Müəsisənin malik olduğu bütün növ avtomatiq çalışan avadanlıqlar (80 tonluq avto tərəzi, hidravlik press və digər cihazlar) vaxtaşırı Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən dəqiqliklə yoxlanılır və Uyğunluq Sertifikatı ilə təmin olunaraq fəaliyyətə davam edir.

Diqqətinizə çatdırmaq istərdik ki, Biz, “Haqq Baba İnşaat” MMC olaraq, “Paşa” İnşaatla birlikdə Mace, Strabag və Codest şirkətlərinin çalışdığı tikintilərdə, DİA Holdingin İnşa etdiyi “Yaşıl Vadinin”, “AMBURAN”ın və eyni zamanda “Heydər Əliyev Mərkəzinin”, “Bakı Alov Qüllələri” (Baku Flame Towers) kimi möhtəşəm tikililəri hazır betonla təmin etmiş, İSR-Koray MMC-nin həyata keçirdiyi “Bakı Hilton” Otelinin layihəsinin həyata keçirilməsində, “AzVİRT” MMC, “AGT” və “Gəncə Körpü – 2” ASC ilə Əzizbəyovdan sonrakı Körpü və Piyada keşidləri, Tunellərin tikintisində və “Zaqulba 1 Nömrəli Dövlət Pansianatı”“Gənclik İgamətgahı” kimi tikintilərlə  uzun müddət əməkdaşlıq etmişik.  

____________________________________________________________________________________

“Haqq Baba İnşaat” MMC və “DİA Holding”- Heydər Əliyev Mərkəzində özüyerləşən betonun test üsulu

1-ci gün

“Haqq Baba İnşaat” MMC və “DİA Holding”- Heydər Əliyev Mərkəzində özüyerləşən betonun test üsulu

2-ci gün

BİZİM REFERANSLARIMIZ

Codest- Four Seasons Hotel

      

      

DİA Holding- Muzey

    

DİA Holding- Bilgah Estates

 

 

DİA Holding- Flame Towers

İGAMƏTGAH

DİA Holding- Yeşil Vadi

Zaqulba- 1 Nömrəli Dövlət Pansianatı

STRABAG MARRİOTT HOTEL

 

 

İSR KORAY- Hilton Hotel

Gəncə Körpü Tikinti Bakıxanov Körpüsü

Paşa İnşaat- Port Baku Residence

Qobustanda Bərpa Olunan Enerji

Digər Görülən İşlər

Crystall Hall

 

---------------------------------------------------------------------------------------------------------

Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, “Haqq Baba İnşaat” MMC rəhbərliyi Sizə Uğurlar diləyir və Bizimlə əməkdaşlıq etməyə dəvət edirik.

“Haqq Baba İnşaat” MMC-nin

Direktoru :  Babayev Ağarza Hacı Hafiz oğlu

Baş Mühəndisi :  Mehdiyev Nurəddin Cəfər oğlu

haqq_baba@mail.ru

Telefon: +994502100038
E-mail:
Veb: http://www.haqqbaba.com
Ünvan: Azərbaycan, Bakı, AZ1039, Sabunçu rayonu, Məştağa qəsəbəsi, H. Heybətov küçəsi, Dalan 2 ev 8 (Zabrat körpüsünün yanı)

 

Ən çox baxılan 5 şirkət

Son foto

gallery

Son video

Son əlavə olunmuş şirkət

Embawood mebel mağazası - 2
Universal dükan şəbəkələri və supermarketlər